ABŞ, Fransa və İran kəşfiyyatı Qarabağda ÜZ-ÜZƏ - “Sülhməramlıları vurun...”

ABŞ, Fransa və İran kəşfiyyatı Qarabağda ÜZ-ÜZƏ - “Sülhməramlıları vurun...”

Hazırda oxunan: ABŞ, Fransa və İran kəşfiyyatı Qarabağda ÜZ-ÜZƏ - “Sülhməramlıları vurun...”

45694

Son zamanlar Azərbaycan ərazisində yerləşdirilən rus sülhməramlıları ermənilər üçün xüsusi canfəşanlıq etməsinə baxmayaraq, onlara qarşı müxtəlif təxribatlar törədilir. Artıq neçənci dəfədir ki, erməni və ruslar arasında mübahisə yaşanır. Bu yaxınlarda Qafanda erməni və rus hərbçiləri arasında dava düşüb. Hərbçilər Yevgeni Qalanov, Yevgeni Dyanov və Pyotr Qorbulyak yerli mağazanın işçisi Armen Avanesyanla mübahisə ediblər. Mübahisə sonuncunun xəsarətlə xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib. 

Bundan başqa bəzi erməni terror təşkilatları da sülhməramlılara qarşı çağırışlar edir.

Onları əhalini bilərəkdən tərkisilah etmələrində, qanunsuz evlərə daxil olub silah axtarmaqda günahlandırırlar. Maraqlıdır, bu qədər “qayğı”dan sonra erməniləri sülhməramlılara qarşı qıcıqlandıran hansı səbəbdir? Bəzi siyasi ekspertlər düşünürlər ki, bu Paşinyan hakimiyyətində bəzi qüvvələrin qurduqları oyunlardır. Qərbyönümlü qüvvələr əhalini Rusiyaya qarşı qaldırmaq üçün sülhməramlıları bir predmet kimi istifadə edirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Cümşüd Nuriyev bildirib ki, hazırda Ermənistanda gedən proseslər ermənilərin yox, rusların marağına uyğun olaraq davam edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov erməni həmkarı ilə nəyi müzakirə edib? – Parisdə həlledici GÖRÜŞ


“Ermənilər əsasən Qafan bölgəsinə yerləşdirilən əsgərləri qəbul etmək istəmirlər. Çünki bu onların maraqlarına ziddir. Bunun da səbəbi ermənilərin Zəngəzur dəhlizinin açılmasını istəməməsidir. Çünki bu dəhlizin açılması ermənilərin uzun illər İranla həyata keçirdiyi kriminal mənşəli ticarətə son qoyacaq. Rusiya özü isə Paşinyanın hakimiyyətini istəmir və təxribatlar buna görə hər iki tərəfdən qaynaqlanır. Çünki Rusiyanın fikrincə,  hakimiyyətdə qərbyönümlü biri otura bilməz.  Bundan başqa Rus əsgərlərinin orada yerləşməsinin müddəti 2040-ci ilə qədər uzadılıb və Rusiya bu səbəblə də Qərbin orada hakim kəsilməsini istəmir”.

Politoloq həmçinin qeyd edib ki, bu təxribatlarda İranın kəşfiyyatının da öz payı var. 

“Eyni zamanda proseslərdə erməniləri dəstəkləyən Fransa və ABŞ kimi dövlətlərin də əli var. Bütün bu hadisələrin fonunda həm erməni, həm də Rusiya tərəfini təxribatın qurbanlarına çevirirlər. Əgər bu şəkildə davam etsə, Ermənistanda ciddi dəyişikliklər baş verə bilər. Bu qüvvələrin əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olmaqdır”.

Söhbət zamanı C.Nuriyev bu gün Ermənistanın siyasi xəritəsində rənglərin çox tündləşdiyini də bildirib. 

“Çünki bu xəritə üzərində Rusiya, İran, Fransa, ABŞ öz maraqlarına uyğun rənglərdən istifadə edirlər. Həm də ABŞ və Fransa çalışır ki, bu gün Rusiyanı Qafqazdan sıxışdırıb çıxarsınlar”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO