Ceyhun Bayramov YUNESKO-nun Baş direktoru ilə görüşdü

Ceyhun Bayramov YUNESKO-nun Baş direktoru ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov YUNESKO-nun Baş direktoru ilə görüşdü

45426

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov YUNESKO-nun Baş direktoru Odre Azule ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov YUNESKO-nun Baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib.

O, Azərbaycanın YUNESKO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğ edilməsində səylərini davam etdirəcəyi nəzərə çatdırılıb.


Odre Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib və artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO