“Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına zidd olan bir addımdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Ona görə bu rayonlarda bəzi yaşayış məntəqələrində bəzi evlər qalıb. Orada ermənilər yaşayıb. Ancaq noyabrın 10-dan dekabrın 1-nə qədər ki, o vaxt çərçivəsində onlar bu bölgələri tərk etməli idilər. Onlar orada da vəhşilik törətdilər. Evləri yandırdılar, sökdülər. Halbuki o evləri onlar yox, 30 il bundan əvvəl orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdilər. Vəhşilik törətdilər”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:30 / 07.12.2020
Dövlət başçısı: \"Kəlbəcər və Laçından çıxarkən vəhşilik törətdilər\"
Hazırda oxunan: Dövlət başçısı: \"Kəlbəcər və Laçından çıxarkən vəhşilik törətdilər\"
Hazırda oxunan: Dövlət başçısı: \"Kəlbəcər və Laçından çıxarkən vəhşilik törətdilər\"
4531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.