Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbərindən İlham Əliyevə TƏBRİK 

Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbərindən İlham Əliyevə TƏBRİK 

Hazırda oxunan: Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbərindən İlham Əliyevə TƏBRİK 

45308

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

Möhtərəm cənab Prezident.

Sizi 8 noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində misilsiz igidlik göstərdi, təcavüzkar Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad etməklə ölkə tarixinin ən şərəfli səhifəsini yazdı. Himayədarlarının bütün səylərinə baxmayaraq, işğalçı Ermənistan Sizin qətiyyətiniz, Azərbaycan Ordusunun yenilməz gücü və xalqın sarsılmaz birliyi qarşısında diz çökdü. Noyabrın 8-də Qarabağın tacı və Azərbaycanın musiqi beşiyi olan Şuşanın misilsiz qəhrəmanlıqla azad edilməsindən sonra artıq düşmənin beli qırıldı.

Ermənistan ağ bayraq qaldıraraq Azərbaycanın şərtləri əsasında kapitulyasiya aktını imzaladı.

Ağdam, Kəlbəcər və Laçın rayonları da qan tökülmədən Azərbaycana geri qaytarıldı. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə icra edilməmiş dörd qətnaməsini təkbaşına yerinə yetirdi.
 

Cənab Prezident, bu tarixi Qələbə münasibətilə Sizi, dünya azərbaycanlılarını və bütün türk dünyasını ürəkdən təbrik edirəm.


Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO