Prezident:

Prezident: "Ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır"

Hazırda oxunan: Prezident: "Ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır"

4524

“Mən eyni zamanda Sizə təşəkkürümü bildirmək istəyirəm ki, Siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz. Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərini görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək''.

''Müharibə zamanı 94 mülki şəxs həlak olmuş, 400-dən çox yaralanmışdır. Və bu ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır. Məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana istiqamətləndirilmişdir və gecə vaxtı ki, daha çox qurbanlar olsun”, - Prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO