İran nüvə mühəndisinin öldürülməsinin təfərrüatlarını açıqladı

İran nüvə mühəndisinin öldürülməsinin təfərrüatlarını açıqladı

Hazırda oxunan: İran nüvə mühəndisinin öldürülməsinin təfərrüatlarını açıqladı

4502

İran təhlükəsizlik orqanları nüvə mühəndisi Muhsin Faxrizadənin öldürülməsi ilə bağlı detalları ictimaiyyətə açıqlayıb. Bu barədə məşhur hərbi ekspert Yuro Butusov öz facebook səhifəsində məlumat verib. 

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəhmani nüvə mühəndisinin öldürülməsi əməliyyatının çox çətin şəraitdə icra olduğunu qeyd edib. Hadisə ərazisində heç kəsin olmadığına diqqət çəkən Şəhmani qətlin elektronik vasitələrlər icra edildiyini əlavə edib. 
Faxrizadə son dövrlərdə İranın ən ciddi qorunan adamı hesab olunurdu və təhlükəslik səbəbi ilə bir neçə dəfə mühüm görüşləri təxirə salınmışdı.

27 noyabr günü Muhsin Faxrizadə qonşu şəhərlərin birində Universitet tələbələri qarşısında çıxış etmək üçün Tehrandan ayrılıb. Onu ailə üzvləri və 3 mühafizə avtomobili izləyib. 
Faxrizadənin avtomobili özünün idarə etdiyi qeyd olunur. İsrail xüsusi xidmət orqanlarının bu barədə məlumatlı olduğunu qeyd edən Şəhmani, Faxrizadəni uzun müddət ciddi şəkildə izləndiyini və haqqında ətraflı müşahidə məlumatlarının əldə edildiyini qeyd edib.

Tehran yaxınlığında boş yolda Faxrizadəni müşaiət edən avtomobil karvanı Nissan markalı furqona yaxınlaşıb. Bu anda furqondan 150 m məsafədən Faxrizadənin avtomobilinə atəş açılıb. Avtomobil dayanıb və yaralanmış Faxrizadə avtomobildən sürünərək uzaqlaşmaq istəyərkən növbəti atəş açılıb və Fəxrizadə həlak olub.

Açıqlamada daha sonra isə atəşin açıldığı Nissan markalı furqonun yol kənarında partladığı qeyd olunur. İran nümayəndələrinin fikrincə, furqonun partladılması qətllə bağlı bütün izləri aradan qaldırmaq üçün həyata keçirilib.

Furqonun qalıqları arasında elektronik silaha aid izlər tapılıb. Silahın və furqonun peyk vasitəsilə və ya uzaqdan idarə olunduğu bildirilir. Yuri Butusov Faxrizadənin qətlini İsrail xüsusi xidmət orqanlarının ən müasir texnologiyalardan istifadə etməsininə dair növbəti nümunə olduğunu qeyd edir.

Xatırladaq ki, Muhsin Faxrizadə İran müdafiə nazirliyinə bağlı AMAD nüvə programının rəhbəri idi. 30 aprel 2018-ci ildə İsrail baş naziri Benjamin Netanyahu Muhsin Faxrizadəni İranın nüvə proqramının rəhbəri olaraq elan etmişdi. Hətta Netanyahu Faxrizadənin yer aldığı fotonu da təqdim etmişdi. İsrail xüsusi xidmət orqanları daha əvvəl İranın 4 önəmli nüvə alimini də sıradan çıxarmışdı.

Bizim.media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO