“Soçi görüşü”nün SİRRİ çözüldü – Noyabrın 9-da BUNLAR ola bilər 

“Soçi görüşü”nün SİRRİ çözüldü – Noyabrın 9-da BUNLAR ola bilər 

Hazırda oxunan: “Soçi görüşü”nün SİRRİ çözüldü – Noyabrın 9-da BUNLAR ola bilər 

44614

Daha əvvəl də xəbər verdiyimiz kimi Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 9-da Soçi şəhərində görüşəcək.

Rusiyanın “Oktaqon” nəşrinin yaydığı informasiyada tərəflərin Qarabağdakı hazırkı vəziyyəti müzakirə edəcəyi gözlənilir. Ermənistan XİN rəhbəri rəsmi təsdiqlənməyən informasiyanı təkzib etsə də, “arminfo” kimi erməni saytları görüşün Soçidə baş tutacağını tirajlayıblar.

Rusiya xarici işlər nazirliyinin sözçüsü jurnalistlərin məsələ ilə bağlı ona ünvanladığı sualı ikibaşlı cavablandırıb. Mariya Zaxarova faktı nə təkzib, nə də təsdiq edib. “Müzakirələr davam etdirilir, tərəflər üçün yeni sənəd hazırlanır”. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin, Əliyev və Paşinyan noyabrın 9-da Soçidə görüşəcək – Rusiya mətbuatı


Bizim.Media xəbər verir ki, Soçi görüşü barədə yayılan informasiyalarda noyabrın 9-u hətta sülh müqaviləsinin, yaxud yeni üçtərəfli bəyanatların imzalanacağı qeyd olunub.

Noyabrın 1-dən medianın üçtərəfli görüş prizması hərtərəfli dəyişib:

• Soçi görüşü və ehtimalları barədə xəbərlər dayandırılıb,

• 3 ölkənin Baş nazir müavinlərinin Moskva iclası versiyası irəli sürülüb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü barədə ekspert fərziyyələri:

⦁  Ermənilərin Soçini özlərinə ikinci paytaxt adlandırması görüş yeri üçün vasitəçi ölkənin başqa şəhər seçimini aktuallaşdırır.

⦁  Buna görə həmin gün – noyabrın 9-da Baş nazir müavinlərinin Moskvada ehtimal olunan üçtərəfli görüşü də bir sutkalıq təxirə salına, ayın 10-u baş tuta bilər. Daha doğrusu, noyabrın 9-u 3 ölkə lideri Moskvada topalaşacaq.

⦁ 3 ölkə liderlərinin görüşü onlayn formatda reallaşacaq və Prezident İlham Əliyev canlı bağlantıya elə Şuşadan qoşula bilər. 

Sülh müqaviləsi, yaxud üçtərəfli bəyanatlar haqqında fikir müxtəlifliyi:

1. Sülh müqaviləsinin belə tezliklə imzalanması gözlənilmir. Çünki hələ də tam razılaşdırılmayan məsələlər var. Qarabağdakı qanunsuz erməni hərbçiləri tərkisilah ediləndən, separatçıların “Artsax” adlandırdığı ərazilər Azərbaycan qanunvericiliyinə keçəndən sonra sülh müqaviləsi elə Xankəndində də imzalana bilər.
 

Çünki münaqişəni sonlandıran sənədin elə konfliktin episentrində imzalanması barış üçün daha ümidvericidir. Bunula belə, ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamağa uyğunlaşdırılması üçün sülhməramlıların bir müddət də sözügedən zonada qalacağı gözlənilir.


2. Noyabrın 9-da üçtərəfli bəyanatların yenilənməsi gündəmdədir. İcra olunacaq əsas bənd isə Zəngəzur dəhlizinin açılmasıdır. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan da MDB Dövlət Başçıları Şurasının onlayn iclasında Azərbaycanla Naxçıvanı birləşdirəcək avtomobil və dəmir yollarının açılacağını elan edib. Bu həm də “3+3” əməkdaşlıq formatının tezləşdirilməsi üçün vacibdir.

3. İcrasına start veriləcək ikinci bənd isə sərhədlərin delimitasiya və demarkasiyasıdır. 

4. Hər iki bəndin icrasına təxminən 1 il zaman sərf olunsa, 2022-nin sonuna kimi Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin tərkisilah olunma prosesinə də start verilə bilər. Çünki Rusiyanın regionda mövcudluğu separatçılardan asılı deyil.

Onsuz da sülhməramlılar Qarabağda kənd təsərrüfatı ilə məşğul olan ermənilərin təhlükəsizliyini təmin edir və bu bəhanə onların bölgədə uzunmüddətli mövcudluğuna yetərlidir.

Yəni, hazırda əsas işləri əkin və heyvandarlıq işləri görən ermənilərə nəzarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO