"Təəssüf ki, BMT qətnamələrinin icra olunmadığını gördük" - Ceyhun Bayramov

Hazırda oxunan: "Təəssüf ki, BMT qətnamələrinin icra olunmadığını gördük" - Ceyhun Bayramov

44606

“Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə nəticəsində torpaqlarımız 30 il ərzində işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurasının tərəfindən ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilmişdi”.

Bizim.Media-nın xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

“Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrin icra olunmadığını gördük. Bu da BMT-yə qarşı olan etimadın azalmasına gətirib çıxarmışdı.

Biz bütün beynəlxalq ictimaiyyətə yeni dünya nizamının yaradılmasını təklif edirik. Eyni zamanda, hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir. Biz BMT-nin daha səmərəli olmasında maraqlıyıq”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO