ABŞ-ın yeni vitse-prezidenti seçilən Kamala Harris, hər ikisi Türkiyə və Azərbaycanla əlaqəsi olan yeni təyinatlar haqqında elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat verib.
Harris Nansi Makeldounini Milli Təhlükəsizlik Məsləhətçisi, Rohini Kosoğlunun Daxili Siyasət Məsləhətçisi təyin olunduğunu elan edib.
Makeldouni Türkiyədə (2005-2008) və Azərbaycanda (2001-2004) ABŞ-ın nümayəndə rəhbərinin müavini kimi çalışıb. Keçən ay o, Dövlət Departamenti ilə əlaqəli məsələlərə kömək etmək üçün yeni seçilmiş prezident Co Baydenin komandasına qoşulub.
Makeldouni Ankarada olduğu müddətdə Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması kimi qiymətləndirilən protokol prosesi başlayıb. O, Konqresdə müzakirə olunan Erməni Soyqırımı Qətnaməsini pisləyənlərdən biri olub.
O, ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğv edilməsi zamanı Bakıda olub.
Harris tərəfindən daxili siyasət müşaviri vəzifəsinə seçilən Kosoğlu, Türkiyənin şimal-qərbindəki Kirklareli vilayətindən gələn Türk əsilli proqram mühəndisi Özkan Sedat Kosoğlunun həyat yoldaşıdır.
Harris Kosoğlu haqqında "Yalnız Amerika xalqının üzləşdiyi bəzi vacib məsələlər üzrə mütəxəssis deyil, həm də Senat və prezidentlik kampaniyasındakı ən yaxın və etibarlı köməkçilərimdən biridir" deyib.
Təyinatından əvvəl Kosoğlu, Baydenin seçki kampaniyasında baş məsləhətçi vəzifəsində çalışıb. Bundan başqa o, Harrisin Senatda aparat rəhbəri kimi də fəaliyyət göstərib. Kosoğlu Qanunvericilik strategiyası da daxil olmaqla əsas komitələrə rəhbərlik edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:05 / 06.12.2020
ABŞ hakimiyyətində Türkiyə və Azərbaycana yaxınlığı ilə seçilən yeni TƏYİNATLAR
Hazırda oxunan: ABŞ hakimiyyətində Türkiyə və Azərbaycana yaxınlığı ilə seçilən yeni TƏYİNATLAR
Hazırda oxunan: ABŞ hakimiyyətində Türkiyə və Azərbaycana yaxınlığı ilə seçilən yeni TƏYİNATLAR
4453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.