Ceyhun Bayramov braziliyalı senatorla hansı məsələləri müzakirə etdi? - FOTO

Ceyhun Bayramov braziliyalı senatorla hansı məsələləri müzakirə etdi? - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov braziliyalı senatorla hansı məsələləri müzakirə etdi? - FOTO

44477

Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Milli Konqresinin Senatının üzvü, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri senator Antonio Anastasia ilə görüşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

C.Bayramov ölkələrimiz arasında mövcud olan siyasi dialoqdan məmnunluq ifadə edərək, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi, habelə humanitar, mədəniyyət, təhsil və s. sahələrdə əlaqələrin genişləndiriləsində maraqlı olduğumuzu bildirib.

Nazir, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, doğurduğu ağır fəsadlar, 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə qarşı tərəfə məlumat verib. 


Senator Antonio Anastasia Azərbaycana səfəri və bu çərçivədə baş tutmuş görüşlər ilə bağlı məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında coğrafi məsafənin olmasına baxmayaraq, xalqlarımızın bir-birinə yaxın olduğunu vurğulayan senator, bu amilin ikitərəfli münasibətlərin inkişafı üçün böyük önəm kəsb etdiyini söyləyib. 

Səfər çərçivəsində Ağdam şəhərində olduğunu qeyd edən senator, oradakı dağıntılarla öz gözləri ilə tanış olduğunu bildirib. O, ölkəsinin bölgədə dayanıqlı sülhün təmin olması və münasibətlərin normallaşması gözləntisinin olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO