Prezident Şefik Caferoviçə təşəkkür etdi: “Dəstəyinizə görə minnətdaram” - FOTO

Prezident Şefik Caferoviçə təşəkkür etdi: “Dəstəyinizə görə minnətdaram” - FOTO

Hazırda oxunan: Prezident Şefik Caferoviçə təşəkkür etdi: “Dəstəyinizə görə minnətdaram” - FOTO

44459

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçi salamlayıb.

“Cənab Prezident, sizi yenidən görməyə çox şadam. Biz dəfələrlə görüşmüşük. Həmçinin bu yaxınlarda telefonla tərəfdaşlığımız, əməkdaşlığımız və millətlərimiz arasında sıx dostluq əlaqələri barədə danışmışıq. Ölkələrimiz hər zaman bütün məsələlərdə bir-birini dəstəkləyib.

Mən Azərbaycanın ötən il torpaqlarının azad edilməsi uğrunda apardığı müharibə zamanı dəstəyinizə görə şəxsən Sizə çox minnətdaram. Əminəm ki, Sizin səfəriniz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızla bağlı müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dəvətə və VIII Bakı Forumunda iştirak imkanına görə təşəkkür edib:
 

“Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi var və ümidvaram ki, gələcəkdə biz buna əsaslanaraq dostluq əlaqələrini davam etdirəcəyik. Sizi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə bir daha təbrik etmək istərdim.


Siz beynəlxalq hüququn qaydaları çərçivəsində torpaqlarınızın azad edilməsi uğrunda müharibə aparmısınız və hazırda öz ərazinizin bir hissəsini yenidən qurmağa çalışırsınızə. Ümidvaram ki, biz siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığımızı davam etdirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO