Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
İclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokuror Avropa Şurası nümayəndə heyəti ilə görüşdü - FOTO
Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.
Bizim.Media