ABŞ Rusiyanın Cənubi Qafqazda söz sahibinə çevrilməsi ilə barışacaqmı?
"ABŞ-dan fərqli olaraq Cənubi Qafqaz tarixən Rusiyanın xüsusi maraqları olan regiondur və Kreml əsrlər boyu burda aktiv siyasət yürüdür".
Bizim.Media ilə özəl müsahibədə politoloq Yeganə Hacıyeva qeyd edib ki, SSRİ dağılandan sonra Rusiya Cənubi Qafqazda tək güc statusunu itirdi.
Müstəqil ölkələrin tərəfdaşları kimi regiona gələn ABŞ-la bölgədə geosiyasi layihələrin rəqabəti, bir neçə ildən sonra isə həm də geosiyasi layihələrin toqquşması baş verdi:
"İlkin illərdə Rusiya regiona nəzarət rıçaqları kimi etnik, hərbi münaqişələrdən istifadə etdi ki, sonralar bu münaqişələrin nizamlanması adı altında regionun maddi və mənəvi resursların bölüşdürülməsinə yeni oyunçular görünməyə başladı. Bir sözlə, bu etnik münaqişələr, Rusiya üçün regionun maddi və mənəvi resurslarının bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizədə yetərincə yardımçı olmadı. Sonrakı illərdə isə ümumiyyətlə belə etnik münaqişələrin mövcudluğu postsovet ölkələrinə üzünü Qərbə tutmaq üçün əlavə arqument oldu. Rusiyanın özü Cənubi Qafqazda Gürcstan və Azərbaycana qərb ölkələri, ABŞ-la daha isti münasibətlər qurmağa “stimul” verdi.
- Bu gün üçün Rusiya Cənubi Qafqaz ölkələrinin müxtəlif spektr nəqliyyat, enerji və digər sahələrdə qarşılıqlı əlaqələrinin genişlənməsi, Qərb dövlətlərinin resurs potensialına artan marağının öz yanlış siyasəti ilə həyata keçirib.
- Bu gün üçün Cənubi Qafqazda Rusiya mövqelərini təkcə ABŞ-dan deyil, Aİ və Çindən də fəal şəkildə qoruyur.
- Bu gün üçün istər ABŞ, istər Aİ, istərsə də Çin Cənubi Qafqazda öz təsirlərini artırmaq üçün ənənəvi qaydalardan kənarda, yeni texnoloji imkanlardan istifadə edərək, ardıcıl olaraq region ölkələrində öz maraqlarını təbliğ edirlər.
Məsələ ondadır ki, qlobal güc adlandırdığımız ölkələr heç biri keçid regionları olan bölgələrdə güclü və dayanıqlı siyasət yürüdən ölkənin olmasında maraqlı deyil və uzun illər bunun olmaması üçün sistemli fəaliyyət qurmuşdular. Çünki bu halda bu ölkə ilə hesablaşmalı olacaqdılar".
Vaşinqton əlindəki Gürcüstan kartını gücləndirmək üçün hansı addımları ata bilər? Bu kontekstlərdə Azərbaycanı gözləyə bilən təhlükələr və qazanclar nədən ibarətdir?
"Cənubi Qafqazda son il regional şərtlər Azərbaycanın xeyrinə dəyişdi, lakin bu, yuxarıda haqqında danışdığım dairələri məmnun etməyib. Regional şərtlərin Azərbaycanın xeyrinə dəyişdiyi belə strateji vaxtda Saakaşvilinin Gürcüstanda görünməsini, məhz bu istiqamətdə şərh etmək lazımdır. Onu da qeyd edim ki, Tiflisi yenidən regionun mərkəzi kimi görmək istəyən kənar qüvvələr bu mövzuda heç vaxt, heç bir məsələdə olmadığı qədər həmrəydirlər".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:00 / 30.10.2021
Saakaşvilini Gürcüstana kim və niyə qaytardı? - Qərbin BAKI ANTİPATİYASI...
Hazırda oxunan: Saakaşvilini Gürcüstana kim və niyə qaytardı? - Qərbin BAKI ANTİPATİYASI...
Hazırda oxunan: Saakaşvilini Gürcüstana kim və niyə qaytardı? - Qərbin BAKI ANTİPATİYASI...
43952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.