Vatikanda səfirliyimiz açılacaq – Milli Məclis qanun layihəsini TƏSDİQLƏDİ

Vatikanda səfirliyimiz açılacaq – Milli Məclis qanun layihəsini TƏSDİQLƏDİ

Hazırda oxunan: Vatikanda səfirliyimiz açılacaq – Milli Məclis qanun layihəsini TƏSDİQLƏDİ

43782

“Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsi qəbul edilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələr zamanı Vatikanda səfirliyimizin açılmasının müasir siyasi reallıqlarda vacibliyi göz önünə gətirilib.
 

Azərbaycanın haqq işinin və dünyada tolerant bir ölkə olaraq mədəni-siyasi inteqrasiyasının sürətləndirilmısində bu addımın önəmli olduğu vurğulanıb. 


Qanun layihəsi millət vəkilləri tərəfindən dəstəklənib və müzakirələrdən sonra qəbul edilib.

Qanunun Azərbaycan Prezidenti tərəfindən təsdiqindən sonra Vatikanda səfirliyimizin açılması planlaşdırılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO