Noyabrın 9-da Moskvada üçtərəfli görüş olacaq - Yeni SƏNƏD imzalanacaq – DETALLAR

Noyabrın 9-da Moskvada üçtərəfli görüş olacaq - Yeni SƏNƏD imzalanacaq – DETALLAR

Hazırda oxunan: Noyabrın 9-da Moskvada üçtərəfli görüş olacaq - Yeni SƏNƏD imzalanacaq – DETALLAR

43659

Oktyabrın 20-21 tarixlərində Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü keçirilib. Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan üçtərəfli İşçi qrupunun iclasında regionda kommunikasiyaların açılması və gələcək işləri müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, tərəflər yaxın zamanlarda 8-ci iclasın ikinci hissəsini keçirməyi də razılaşdırıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada üçtərəfli görüşün DAVAMI – Hansı məsələ Azərbaycan üçün prioritetdir? –TƏFƏRRÜAT


Bu isə üçtərəfli bəyanatın imzalanmasının ildönümündə, noyabrın 9-da baş nazir müavinlərinin yenidən bir araya gələcəklərinə işarədir. Və bunu şərtləndirən əsaslar var:

1. MDB Dövlət Başçıları Şurasının onlayn iclasındakı bəyanatlar

2. Putinin “Valday” klubunun iclasındakı xatırlatmaları

3. Ermənistandakı revanşistlərin noyabrın 9-10-na mitinq çağırışları

4. Türkiyə liderinin Qarabağa səfəri 
 

Ən əsası da Rusiya nüfuzunu qorumağa çalışacaq. Çünki atəşkəsin nail olunması, kommunikasiyaların açılması haqqında bəyanatın bir yaşı tamam olmaq üzrədir.


Bir ildə müxtəlif sərhəd dəqiqləşdirmələri, bərpa işləri aparılsa da, Ermənistan və Azərbaycan arasında imzalanan sənəd üçtərəfli bəyanat formatındadır.

Bu isə münaqişə tərəfləri arasında yekun sülh müqaviləsi deyil. Kreml vasitəçilik effektivliyini isbatlamaq üçün nə yolla olursa olsun, sülh sazişinə nail olmağa çalışır. Yəni, noyabrın 9-da Moskva 3 ölkənin liderlərinin görüşünə də ev sahibliyi edə bilər. 

Bu haqda oktyabrın 23-də “RİA Novosti” etibarlı mənbələrinə istinadən informasiya yayıb.
 

İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın görüşündə yeni üçtərəfli bəyanatların imzalanması da planlaşdırırlır.


Yeni sənədlər Ermənistan və Azərbaycan arasımnda sərhədlərin delimitasiya-demarkasiyasını nəzərdə tutur. Bəyanatda kommunikasiyaların açılması barədə qərarın qəbulu da yer alıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO