İlham Əliyev: “Azərbaycan-NATO əməkdaşlığı planında bu ölkə çox mühüm rol oynayır”

İlham Əliyev: “Azərbaycan-NATO əməkdaşlığı planında bu ölkə çox mühüm rol oynayır”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan-NATO əməkdaşlığı planında bu ölkə çox mühüm rol oynayır”

43641

“Ümid edirik ki, həm ikitərəfli münasibətlər, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində perspektivlər bu cür yaxşı olacaq. Müzakirə ediləsi mövzular çoxdur. Əlbəttə, Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır. Uzun illər boyu Rumıniya bu əməkdaşlığın möhkəmlənməsi üçün ən fəal rollardan birini oynayıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Qarabağ müharibəsində Qırğızıstandan çoxlu müraciətlər gəlirdi”


“Beləliklə, bizim münasibətlərimiz həm ikitərəfli formatı, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatını əhatə edir. Buna görə də burada perspektivlər çoxdur”, deyə o, qeyd edib.

Azərbaycan Prezidentinin sözlərinə görə, iqtisadi-ticari sahədə və energetika sferasında əməkdaşlıq sahəsində, həm də nəqliyyat sahəsində imkanlar çoxdur:
 

“Ona görə ki, bildiyiniz kimi, Azərbaycan ölkənin Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük səy göstərir və bu istiqamətdə böyük işlər görülüb. Lakin çox şey ikitərəfli əlaqələrdən asılıdır.


Odur ki, bizim mövcud olan və yaradılmasını planlaşdırdığımız infrastruktur yükgöndərənlər üçün alternativ imkanlar yaradacaq. Beləliklə, bu sahədə də əməkdaşlığa ümid edirik. Lakin bütün başqa istiqamətlər üzrə də biz sizin ölkənizlə əməkdaşlıq üçün həmişə açıq olmuşuq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO