İlham Əliyev: “Qarabağ müharibəsində Qırğızıstandan çoxlu müraciətlər gəlirdi”

İlham Əliyev: “Qarabağ müharibəsində Qırğızıstandan çoxlu müraciətlər gəlirdi”

Hazırda oxunan: İlham Əliyev: “Qarabağ müharibəsində Qırğızıstandan çoxlu müraciətlər gəlirdi”

43640

“Bizim xalqlarımızı ortaq köklər bağlayır və Türk Şurası çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq. Bildiyiniz kimi, Azərbaycanın rəhbərlik etdiyi Türk Şurasının dövlət başçılarının yaxın bir ayda növbəti Zirvə görüşü keçiriləcək. Biz sədrliyi Türkiyəyə ötürəcəyik. Əlbəttə, bu sammit ölkələrimizi daha da yaxınlaşdıracaq.

Türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq çərçivəsində həllini tələb edən məsələlər çoxdur. Bildiyiniz kimi, Azərbaycan bizim Şuranın üzvləri olan ölkələrin yaxınlaşması üçün həmişə böyük səy göstərib”.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTO


Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edərkən səsləndirib.

“İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik”, deyə Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev xatırladıb ki, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur:
 

“Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik”.


Azərbaycan lideri ikinci Qarabağ müharibəsi dövründə Qırğızıstan xalqının dəstəyindən də söz açıb:

“Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO