Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışını edib.
Bizim.Media xəbər verir ki, mərasim çərçivəsində prezidentlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı təqdim olunub, layihələr haqqında məlumat verilib.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Twitter” hesabında yazıb.
Bizim.Media
#Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən suvenir istehsalı müəssisəsinin və istixana təsərrüfatının təqdimatı keçirilib, layihələr barədə məlumat verilib.
— Orkhan Mammadov (@MammadovOrkh) October 26, 2021
???? pic.twitter.com/klqPl96wCo