Rasim Musabəyov: “Türklər Xankəndinə girsə müharibə başlayacaq”

Rasim Musabəyov: “Türklər Xankəndinə girsə müharibə başlayacaq”

Hazırda oxunan: Rasim Musabəyov: “Türklər Xankəndinə girsə müharibə başlayacaq”

4316

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı verdiyi müsahibə ciddi qalmaqala səbəb olub.

Bizim.Media-nınməlumatına, deputat məsələ ilə bağlı açıqlama verib və bundan qətiyyən narahat olmadığını deyib:

“Məni o hücumlar zərrə qədər narahat etmir. Kim nə istəyirsə, danışsın. Dediklərimi hər kəs diqqətlə dinləsin. Mən orada demişəm ki, türk qoşunlarının Qarabağ ermənilərinin yaşadıqları yerlərə daxil olmaları mümkün deyil.

Bunu indi hər kəs necə təsəvvür edə bilər? Türk qoşunu gedib Xankəndində post quracaq, bayrağını asacaq, bu mümkündürmü? Suriyada bunlar ruslarla birlikdə post yaratmağı bacarmadılar, birgə müşahidəni də təşkil edə bilmədilər. Çünki müxtəlif tərəflərdən atəş açılırdı, zirehli maşınları partladırdılar”.

Deputatın sözlərinə görə, ermənilərin yaşadıqları yerlərə türk sülhməramlılarının daxil olması o deməkdir ki, gəlin təzədən müharibə başlayaq:

“O zaman sadəcə olaraq, ermənilər tərəfindən ruslar, biz tərəfdən də türklər vuruşacaq. İndi deyin görüm, bu mümkündürmü? Ona görə bütün razılaşmalar bu yöndə gedirdi ki, Monitorinq Mərkəzi yaransın.

İndi biz türkləri Ağdam, Kəlbəcər, Laçında yerləşdirmək üçün gedib ruslardan icazə alınmalıyıq? Rusiya tərəfi də demişdi ki, Azərbaycan öz ərazisində harada türk qoşunlarının yerləşməsini istəyirsə, bu bizlik deyil”.

Siyasətçi türk qüvvələrinin ermənilərin, rusların postlarının olduğu yerdə yerləşmələrini mümkünsüz sayır.

“Aydın məsələdir ki, orada silahlı ermənilər də qalıb, atəş, təxribat ola bilər. İndi təzədən müharibəyə başlamalıyıq? Bir daha deyirəm ki, türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir. Bizi ermənilərdən qorumağa ehtiyac yoxdur.

Şükürlər olsun ki, özümüz özümüzü ermənilərdən qorumağa qadirik. Ermənilər türklərinin iştirakını heç də özlərinin təhlükəsizliklərini möhkəmləndirmək kimi görmürlər. Kim indi nə yozur, nə qələt edir, özləri bilərlər.

Bir çoxlarını son zamanlar telekanallarda çox görünməyim qıcıqlandırır. Mənim 70 yaşım var. Heç bir siyasi ambisiyalarım da qalmayıb. Bunlar nahaq yerə narahat olurlar. Bu yaşda əlimə silah götürüb gedib vuruşmaq yaşım da deyil.

Sadəcə olaraq, informasiya sahəsində çalışırdım ki, əlimdən gələni edim. İndi bunu kimlərsə görürdü, kimlərsə də yox. Bu dövrdə 20-dən çox xarici mediyaya, o cümlədən, Rusiya. Ukrayna, Çexiya kimi ölkələrin KİV-lərinə müsahibə vermişəm, Azərbaycan həqiqətlərini çatdırmışam. Kimlərsə bundan sadəcə qıcıqlanıblar. Bu yazılanlar dediyim kimi, məni zərrə qədər narahat etmir. Kim nə yozursa, yozsun”.

Deputat babası kimi qələmə verilən Qəzənfər Musabəyov barədə deyilənlərə də cavab verdi: “O şəxs mənim ümumiyyətlə, babam deyil. Atamın heç əmisi də deyildi, dayısı idi. Biz iki tərəfdən də Musabəyovlarıq. Buna görə heç kəsə izahat da vermək istəmirəm.

Qəzənfər Musabəyov Azərbaycan üçün xeyli işlər görüb. Nəriman Nərimanovla silahdaş olub. Ondan sonra Azərbaycanın baş naziri olub. Sonradan onu bolşeviklər sıxışdırıblar. 50 yaşında da güllələnib. Onun xalqımızın qarşısında hansısa günahları olubsa-o şəxslərin dediyi kimi-hər halda qanı ilə bu günahları silib. Bununla bağlı kim nə qələt edirsə, getsin etsin.

Niyə mən türk qoşunlarının ölkəmizə gəlməsini istəməyim? Onsuz da onlar burdadırlar. Bizim Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Rusiya deyir ki, NATO Ukrayna, Gürcüstanda olmamalıdır, amma NATO ölkəsi Türkiyə Azərbaycandadır.

Bizim ölkə də müstəqil dövlət kimi istənilən qərarı müstəqil şəkildə verə bilər. Düşünürəm ki, türklərin Azərbaycanda olmasını sülhməramlı libasa salmağa elə də ehtiyac yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO