Rusiya digər ölkələr kimi Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov müharibədən və atəşkəs razılaşmasından sonra Qarabağın statusu məsələsində Rusiyanın münasibətində hər hansı dəyişikliyin ola bilməsi ilə bağlı suala belə cavab verib:
"Bu ərazinin kimə məxsus olması Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə çoxdan müəyyənləşdirilib. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib''.
''Rusiya heç nəyi dəyişməyib. Əslində heç bir ölkə dəyişmədi. Prezident Putin Qarabağın özü-özünü tanımadığını, hətta Ermənistan tərəfindən də tanınmadığını söyləyib. Prezident bu barədə danışıb”, - Kreml sözçüsü əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:03 / 04.12.2020
Peskov: ''Qarabağın kimə məxsus olması BMT qətnaməsində göstərilib''
Hazırda oxunan: Peskov: ''Qarabağın kimə məxsus olması BMT qətnaməsində göstərilib''
Hazırda oxunan: Peskov: ''Qarabağın kimə məxsus olması BMT qətnaməsində göstərilib''
4299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.