“Vətən müharibəsində Azərbaycan Ordusu erməniləri məğlubiyyətə uğratdıqca, Ermənistan mülki əhaliyə və infrastruktura qarşı hərbi cinayətini davam etdirirdi”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurası Media Forumunda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda anti-Rusiya siyasətinin arxasında kim durur? - TƏFƏRRÜAT
Onun sözlərinə görə Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməklə cinayət törədib.
“Ermənistan Gəncə, Mingəçeviri atəşə tuturdu. Bir il öncə ermənilər silahlarını günahsız insanlara yönəltmişdi, gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına, enerji xətlərinə dikmişdi. Onu biz bilirdik ki, ermənilər nə planlaşdırmışdı”.
Türkiyənin Vətən müharibəsində Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olduğunu xatırladan Fəxrəddin Altun 44 gün Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına töhfə verdiklərini və dezinformasiyalara qarşı birgə mübarizə apardıqlarını bildirib.
Alçina Amilqızı, Bizim.Media