Moderator.az xəbər verir ki, yenicə təsis olunmuş Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu siyasi partiya rəhbərləri ilə görüşlərə başlayıb.
İlk görüş ADP sədri Sərdar Cəlaloğlu ilə GAP sədri Ağasif Şakiroğlu arasında keçirilib. Görüşdə Azərbaycanda mövcud ictimai-siyasi durum, eyni zamanda regionda gedən geopolitik prosesler ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün əsas mövzusu isə Azərbaycanda demokratikləşmə prosesinin sürətləndirilməsini təmin etmək üçün görülmüş ve görülməsi zəruri olan məsələlər müzakirə edilmiş və gələcəkdə də bu kimi görüşlərin davamlı olması razılaşdırılıb.
GAP rəhbərliyinin digər partiya rəhbərləri ilə də qarşıdakı günlərdə görüşlər keçirərək tanışlıq və əməkdaşlıq mövzusunda bu tip müzakirələrin davam etdirilməsi planlaşdırılır.



































































































