Fəzail Ağamalıdan ilginc təklif

Fəzail Ağamalıdan ilginc təklif

Hazırda oxunan: Fəzail Ağamalıdan ilginc təklif

42287
Parlamentin ötən iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Xocalı faciəsindən danışarkən ermənilərin iç üzünü dünyaya çatdırmaq üçün maraqlı təklifdə bulunub.
 Moderator.az deputatın çıxışını sinxron təqdim edir:

Mən hər zaman bu fikri ifadə etmişəm və bu gün bir daha təkrar edirəm ki, istər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, istərsə də Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycan xalqının iradəsinə bağlıdır. Şükürlər olsun ki, bu gün Azərbaycanın dövlət başçısı xalqın iradəsinə söykənərək bu istiqamətdə çox ardıcıl, olduqca sistemli işin aparılmasını təşkil edir. Təkcə 2013-cü ildən keçən qısa zaman kəsiyində ABŞ-ın 20-yə yaxın ştatı, dünyanın 7-dən yuxarı ölkəsinin parlamenti artıq Xocalı soyqırımını tanıyıblar. Burada Milli Məclis deputatlarının və “Heydər Əliyev Fondu”nun vitse prezidenti Leyla Əliyevanın da xüsusi əməyi var. Biz beynəlxalq tribunalın yaradılması üçün də təşəbbüslərə başlamalıyıq. Xocalı soyqırımının ideolqları, təşkilatçıları olan Köçəryanla, Sərkisyanla, Qukasyanla və digər erməni cəlladlarıyla bərabər bu qətliama Azərbaycanda şərait yaradanlar da həmin tribunalda cavab verməlidir. 
İkinci təklifimsə dünya ombudsmanlarının Azərbaycanda konfranslarının keçirilməsi və bu tədbirdə Xocalı soyqırımı məsələsinin müzakirə olunmasıdır. Mən hesab edirəm ki, ənənəvi olaraq biz yenə də dünya ölkələrinin parlamentlərinə Milli Məclisin adından Xocalı faciəsiylə bağlı müraciət qəbul etsək yaxşı olardı. 
Düşünürəm ki, biz nəhayət dünyaya Aleksandr Sergeyeviç Puşkinin və Aleksandr Dümanın ermənilər haqqında dedikləri “sən köləsən, sən alçaqsan, sən əclafsan, sən ermənisən”  fikirlərini dünya miqyasında sübut etməyə nail olmalıyıq ki, dünya nəhəng şəxsiyyətlərin dilindən səsləndirilən erməni xarakteristikasını bir daha tanısın.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO