Ceyhun Bayramov Qətərli həmkarı ilə hansı məsələləri müzakirə etdi? - FOTO 

Ceyhun Bayramov Qətərli həmkarı ilə hansı məsələləri müzakirə etdi? - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov Qətərli həmkarı ilə hansı məsələləri müzakirə etdi? - FOTO 

42156

Oktyabr 18-ində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirak etdiri görüşdə Azərbaycan Respublikası və Qətər Dövləti arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Ceyhun Bayramov Azərbaycanın Qətər Dövləti ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini qeyd edib və ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla vurğulayıb.  

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişə sonrası bölgədəki inkişaf, üçtərəfli bəyanatların yerinə yetirilməsi və bu xüsusda Azərbaycan tərəfindən görülən tədbirlər, eləcə də 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən sistematik dağıntılar, tarixi, mədəni və dini irsimizin izlərinin silinməsi cəhdləri, qeyri-qanuni fəaliyyət, ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi və s. haqqında ətraflı məlumat verib.  
 

Görüşdə tərəflər, iki ölkə arasında iqtisadi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu sahəsində, habelə alternativ enerji, nəqliyyat bağlılığı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və mövcud potensialdan istifadə edilməsi məsələlərini müzakirə ediblər.


Görüşün sonunda nazirlər “Azərbaycan respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzalayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO