Prezidentlə Qara Qarayev arasında səmimi DİALOQ - “Qurbana zəng edib deyin ki…” - FOTO

Prezidentlə Qara Qarayev arasında səmimi DİALOQ - “Qurbana zəng edib deyin ki…” - FOTO

Hazırda oxunan: Prezidentlə Qara Qarayev arasında səmimi DİALOQ - “Qurbana zəng edib deyin ki…” - FOTO

42119

Prezident İlham Əliyev oktyabrın 17-də Füzulinin işğaldan azad olunmasının 1-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə ictimaiyyət nümayəndələri ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Aqil Abbas həmin görüşdə yaşanan maraqlı dialoqlardan birini bölüşüb. 

O bildirib ki, görüşdə “Qarabağ”ın və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edib.  

“Həmin gün “Qarabağ” “Sabah”la oyunu vardı. Qarşılaşma axşam saatlarında başlamalı idi. Çox həyəcanlı idi ki, qayıdıb oyuna çata biləcək, ya yox.  

Möhtərəm prezident Qara Qarayevlə görüşərkən birinci sözü bu oldu ki, “Qarabağ” hamımızın komandasıdır, komandanı hamımız sevirik və həmişə uğurlar arzulayırıq. Mən də dedim ki, Möhtərəm Prezident, bu gün “Qarabağ”ın oyunu var, axşam saat 7-də, Qara çalışır ki, görüşdən sonra oyuna çatsın, komandasını tək qoymasın. 

Prezident güldü, Qaranı da sıxdı özünə və dedi: 

- Qurbana zəng edin, deyin ki, prezident deyir ki, Qara gəlib çatmayana kimi oyunu başlamasınlar. 

Qara özünü oyuna çatdırdı, amma yol yorğunluğunu nəzərə alan Qurban Qurbanov həmin gün onu oyuna buraxmadı”, - deyə Aqil Abbas bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO