Avropa Birliyinin Cənubi Qafqaz üzrə və Gürcüstandakı Böhrana görə xüsusi nümayəndəsi Toyvo Klaar Cənubi Qafqaza səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat öz "Twitter" səhifəsində yazıb.
Qeyd olunur ki, səfər çərçivəsində T. Klaar Bakıda, Tbilisi və İrəvanda bir sıra görüşlər keçirəcək.
"Avropa Birliyi və tərəfdaşları Cənubi Qafqazda sülh və firavanlıq mühiti yaratmaq üçün birgə səylər göstərirlər", - diplomat qeyd edib.
Bizim.Media
Takeoff again for meetings in Baku, Tbilisi and Yerevan. The ??is engaged to work with its partners for a South Caucasus that is prosperous and at peace. pic.twitter.com/RpS8tOKIUb
— Toivo Klaar (@ToivoKlaar) October 18, 2021