"Gələcək İsveç sədrliyinə ATƏT-in effektivliyini yüksəltmək üçün qeyri-formal işçi qrupu təsis etməyi təklif edirik”.
Bizim.Media-nın məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici işlər nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.
Lavrov bildirib ki, ATƏT-in islahatlara ehtiyacı var. Bu proses şəffaflığın artmasına, həmçinin katibliyin, institutların işinin və seçkiləri müşahidə metodologiyasının təkmilləşdirilməsinə, tədbir proqramlarının və XİN Şurasına hazırlığın optimallaşdırılmasına, büdcə prosesinin yaxşılaşdırılmasına istiqamətlənməlidir:
"Son onilliklər ərzində formalaşmış, bir-biri ilə əlaqəli ATƏT öhdəliklərinin kompleksinə yeni nəfəs gətirmək vacibdir. Əgər təşkilata üzv dövlətlərin özü tərəfindən ATƏT-ə ehtiyac duyulmursa, onda onun gələcəyi olmayacaq".
"ATƏT-in yeni vəzifəli şəxsləri bu vəziyyəti tam şəkildə dərk etməli, öz praktiki işlərində həyəcanlandırıcı tendensiyanı nəzərə almalıdırlar".
"Onlar bu və ya digər dövlətlərin təklifləri ilə deyil, əsas qaydaların və konsensus prinsipinin möhkəmləndirilməsi naminə qərəzsiz və məsuliyyətli hərəkət etməlidirlər”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:22 / 03.12.2020
Lavrov: “ATƏT-in gələcəyi olmayacaq”
Hazırda oxunan: Lavrov: “ATƏT-in gələcəyi olmayacaq”
Hazırda oxunan: Lavrov: “ATƏT-in gələcəyi olmayacaq”
4211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.