Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirləri gücləndiriləcək.
Bizim.Media-nın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Layihənin qeyd hissəsində bildirilir ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif edilir.
Qeyd edilənlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:23 / 15.10.2021
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
Hazırda oxunan: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
Hazırda oxunan: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
41713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.