“Nə Paşinyan, nə də Rusiya Qarabağda gərginlik istəmir” – Bəs atəşkəs niyə pozulur? – ÖZƏL ŞƏRH

Hazırda oxunan: “Nə Paşinyan, nə də Rusiya Qarabağda gərginlik istəmir” – Bəs atəşkəs niyə pozulur? – ÖZƏL ŞƏRH

41561

“Təəssüflər olsun ki, Ermənistan tərəfindən müəyyən koordinasiya elementlərini görmürük. Yəni silahlı qüvvələrin içində hərc-mərclik davam edir. Paşinyanın iqtidar komandası hələ də onların iplərini yığa bilmir” deyən politoloq İlqar Vəlizadə təsdiq kimi Ermənistanda müxtəlif vəzifəlilərin məsuliyyətə cəlb olunmasının davam etdiyini açıqladı.

Bizim.Media-nın açdığı mövzuya özəl cavabında politoloq bildirdi ki, Paşinyan Ermənistan ordusunda müəyyən təmizləmə işləri aparır. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan gözlənilməz ETİRAF – “Gərək 7 rayonu qaytaraydıq” - VİDEO


Çünki Nikol yüksək rütbəliləri də özünə tabe etmək niyyətindədir. Səbəb isə Ermənistan silahlı qüvvələrinin Sarkisyanın ordusu, generalların isə Koçaryanın adamları olmasıdır.

Örnək kimi, uzun illər Serj Sarkisyanla birgə çalışmış Tonoyanı göstərmək yerinə düşər:

“Ona görə gərginliyi bununla da bağlamaq olar. Regionda gərginliyin yaranmasında Paşinyanın maraqlı olduğunu düşünmürəm. Çünki siz düz deyirsiniz ki, gərginlik Qarabağın dağlıq hissəsində hələ də qanunsuz erməni silahlılarının olmasından xəbər verir. İnanmıram ki, bunun açıq-aşkar nümayiş olunması Paşinyanın marağındadır. Bu məsələ onun danışıqlar mövqeyini zəiflədir. Çünki danışıqlar zamanı Azərbaycan tərəfi bu məsələni qaldıranda Paşinyan cavab verməyə acizdir. 
 

Yeri gəlmişkən, sülhməramlıların arxasında belə qrupların (separatçıların) fəaliyyət göstərməsi mənzərəsinin yaranması Rusiyanın da marağında deyil. Onda sülhməramlılar nəyə lazımdır? Belə qanunsuzluqlar missiyanın effektivliyini aşağı salır”.


İlqar Vəlizadənin fikrincə, separatçıların atəşkəsi pozması Kremlə də sərf etmir. Səbəb, bunun Rusiya-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirməsidir:

“Mürəkkəb vəziyyət ondan xəbər verir ki, bu qruplar (qanunsuz erməni silahlıları) Qarabağ klanının (Koçaryan-Sarkisyan) tör-töküntüləri ilə təmasdadırlar. Onların göstərişi ilə bu hərəkətləri (atəşkəsi pozurlar) edirlər. Əsas məqsədləri postkonflikt proseslərin ahəngini pozmaq, həm də Paşinyanın mövqeyini zəiflətməkdir. Bununla da onlar öz mövcudluğu və təsir imkanlarını nümayiş etdirmək istəyirlər”.

Xatırladaq ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO