Patriarx Kiril dini rəhbərləri necə qəbul etdi? – FƏRQ + VİDEO 

Patriarx Kiril dini rəhbərləri necə qəbul etdi? – FƏRQ + VİDEO 

Hazırda oxunan: Patriarx Kiril dini rəhbərləri necə qəbul etdi? – FƏRQ + VİDEO 

41537

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Müqəddəs Patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. 

Bizim.Media görüşdəki müxtəlif maraqlı məqamlara diqqət yetirib. Lakin görüşdən əvvəlki qarşılama mərasimində də mühüm nüanslar qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada 3 ölkənin dini liderləri görüşdü – Jurnalistlər zala buraxılmadı


Rusiyanın Azərbaycan və Ermənistana münasibətini dini liderlərin Kiril tərəfindən necə qarşılanmasından da görmək olar. Fərq ortadır:

Rusiyanın Müqəddəs Patriarxı Kiril Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni qarşılayanda bütün Qafqazın şeyxinə “əziz qardaşım” kimi xitab edir və qucaqlayaraq onu ürəkdən salamladığını bildirib. 
 

Rusiyanın Müqəddəs Patriarxı Kiril Bütün ermənilərin katolikosu II Qaregini qarşılayanda onunla təxminən metryarımlıq ara məsafəsi saxlayıb. Ardınca soyuq və laqeyd avazla protokol qaydası kimi Qaregini salamlayıb.


Onu da qeyd edək ki, qarşılanmadakı vacib fərq elementlərindən biri də Rusiyanın Müqəddəs Patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin tibbi maskasız olması, Bütün ermənilərin katolikosu II Qareginin isə binaya maskasız buraxılmamasıdır. 

Videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO