Azərbaycan Gürcüstana başsağlığı verdi - FOTO 

Azərbaycan Gürcüstana başsağlığı verdi - FOTO 

Hazırda oxunan: Azərbaycan Gürcüstana başsağlığı verdi - FOTO 

40844

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib. 

Bizim.Media-nın məlumatına görə, başsağlığı mətni XİN-in “Twitter” hesabında yayılıb.

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - başsağlığında vurğulanıb.  

Qeyd edək ki, Batumi şəhərində binanın çökməsi nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO