Bu gün Bakıda Azərbaycan Texniki Universiteti (AzTU), Türk Ocağı Dərnəyi və TİKA-nın birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium işə başlayıb.
Bizim.Media xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümündə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir.
O qeyd edib ki, bu yaxınlarda imzalanan Şuşa Bəyannaməsinin məzmununun türk birliyinin ümumi vəzifəsinə çevriləcəyinə inanır:
“Bu həm də seçdiyimiz yol xəritəsində harada olduğumuzu, hansı işləri görməli olduğumuzu müəyyənləşdirmək üçün tarixi dəyərləndirmədir. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini özündə əks etdirməsinə baxmayaraq, həmin sənədin məzmununun türk birliyinin ümumi vəzifəsinə çevriləcəyinə inanıram. Şuşa Bəyannaməsində göstərilir ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf etməlidir. Bu, bizim üçün təlimatdır. Bunun bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq”.
Qeyd edək ki, simpoziumun əsas müzakirə mövzusu türk dünyasının birliyidir.
Oktyabrın 10-dək davam edəcək simpoziumun panel iclaslarında Türkiyənin Qazi Universiteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31, Azərbaycanın müxtəlif ali məktəblərinin, elmi müəssisələrin 18 alimi iştirak edir. Onlar 48 elmi məruzəni müzakirə edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:32 / 08.10.2021
Türkiyə səfirindən Şuşa Bəyənnaməsi ilə bağlı VACİB AÇIQLAMA
Hazırda oxunan: Türkiyə səfirindən Şuşa Bəyənnaməsi ilə bağlı VACİB AÇIQLAMA
Hazırda oxunan: Türkiyə səfirindən Şuşa Bəyənnaməsi ilə bağlı VACİB AÇIQLAMA
40732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.