Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində ölkənin Baş naziri Eduard Heger ilə görüşüb.
Bizim.Media-nın xəbərinə görə, Slovakiyanın Baş naziri Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu vurğulayıb.
O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Sahibə Qafarova nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker bu səfərin Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcək.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə haqqında Baş nazirə geniş məlumat verən spiker Sahibə Qafarova qeyd edib ki, bu zəfər nəticəsində Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa edib.
Milli Məclisin sədri həmçinin, Ermənistanın bölgədə daimi sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olan təxribatları barədə də məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:34 / 08.10.2021
Slovakiyanın Baş nazirindən Azərbaycanla bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: Slovakiyanın Baş nazirindən Azərbaycanla bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: Slovakiyanın Baş nazirindən Azərbaycanla bağlı AÇIQLAMA - FOTO
40659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.