İrandan növbəti XƏYANƏT - Hərbi təyyarələrimizin uçuşuna qadağa qoyuldu

İrandan növbəti XƏYANƏT - Hərbi təyyarələrimizin uçuşuna qadağa qoyuldu

Hazırda oxunan: İrandan növbəti XƏYANƏT - Hərbi təyyarələrimizin uçuşuna qadağa qoyuldu

40238

Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə hərbi dairələr məlumat yayıb. 

Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib. 
 

İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir. 


"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO