“İran Azərbaycanla Türkiyənin birləşib gücə sahib olmağını istəmir. Bunu bütün vəchlə rədd edir və buna mane olmaq üçün əlindən gələni edir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör bildirib.
MÖVZU İLƏ BAĞLI:
İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO
O, qeyd edib ki, Azərbaycanla Türkiyənin birgə keçirdiyi təlimlər İran hakimiyyətində nədənsə narahatlıq yaradıb.
“Sentyabr ayında Laçın rayonunda Azərbaycanla Türkiyə hərbçilərinin birgə hərbi təlimlər keçirdilər. Təlimlər ölkələr arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilirdi. Daha sonra isə Azərbaycan və Türkiyə donanmaları hərbçilərinin iştirakı ilə sualtı hücum və müdafiə qruplarının təlimləri keçirildi. Bu İranda ciddi narahatlıq yaradtdı. Hətta rəsmi Tehran “Türkiyənin Xəzər dənizində hərbi mövcudluğunun qanunsuzluğu” ilə bağlı bəyanatda səsləndirdi və buna cavab olaraq Araz çayı boyu sərhəddə hərbi təlim keçirdilər”.
Sonda Ö.Tör baş verən hadisələrin fonunda İranın fobiyalarından da danışıb.
“Mən düşünürəm ki, İranın ən çox qorxduğu məqam əhalisinin yarıdan çoxunun türk olmasldlr. O, ən çox bundan ehtiyat edir. Çünki bunu dövlətinin gələcəyi üçün təhdid kimi görür. Türklər birləşsə bu onun qurduğu xəyalları darmadağın edə bilər”.
Vüsalə Balayeva, Bizim.Media