XİN-dən Ermənistanın Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı tvit – FOTO 

XİN-dən Ermənistanın Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı tvit – FOTO 

Hazırda oxunan: XİN-dən Ermənistanın Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı tvit – FOTO 

40006

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” hesabında bildirilib. 

“Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür. Günahsız qurbanları kədər və ağrı ilə anırıq!”, - qeyd olunub. 

Xatırladaq ki, ötən il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilməsi nəticəsində 1 mülki şəxs həlak olub, 30-dan çox mülki şəxs yaralanıb.  

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO