“44 günlük müharibədən öncə və ondan sonra da Qarabağda olan Ermənistan silahlı qüvvələrini və qondarma Qarabağ ordusunu İran yanacaqla təmin edib, kəşviyyat məlumatları ilə bölüşüb, Rusiya silahlarının həm hava, həm quru yolu ilə ermənilərə çatdırılmasına şərait yaradıb, köməklik edib. Bunlar bu prosesdə İranın oynadığı rolun bir hissəsidi, başqa mətləblər də var... Zamanla onlar da açılacaq”.
Bizim.Media xəbər verir ki, bu məlumatı politoloq Əli Hacızadə Facebook səhifəsində izləyiciləri ilə bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan sülh müqaviləsindən niyə qorxur? – PƏRDƏARXASI MƏQAMLAR
Siyasi analitik həmçini onu da qeyd edib ki, bu “yardımlar” olmasaydı müharibənin daha tez və daha az itki ilə bitmə şansı olardı.
“Hal-hazırda İran sərhədlərimizdə guya hərbi təlim keçirməklə Azərbaycanı şantaj edir. Bütün bunların fonunda İranı bütün varlıqları ilə müdafiə edən vətəndaşlarımız varsa, bunun iki izahı ola bilər, ya bu adamlar vətənə xəyanət edərək İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub, ya da bunların ciddi psixiki problemi var...”
Sonda Ə.Hacızadə İranı bölgədə sülhün pozulması üçün təxribatlar törətdiyini də qeyd edib.
“Bu gün İran və onun agenturası, bölgədə sülh və Azərbaycanın dövlət müstəqilliyi üçün Ermənistan və ermənilərdən daha təhlükəlidir və bunlarla mübarizə də məhz bu prinsip üzrə olmalıdır”.
Bizim.Media