Ermənilərlə görüşən Mehman Əliyev: “Vəziyyət kifayət qədər çətindir” - VİDEO

Ermənilərlə görüşən Mehman Əliyev: “Vəziyyət kifayət qədər çətindir” - VİDEO

Hazırda oxunan: Ermənilərlə görüşən Mehman Əliyev: “Vəziyyət kifayət qədər çətindir” - VİDEO

39791

Qabaqcadan da xəbər verdiyimiz kimi, Gürcüstanda Azərbaycan və Ermənistan tərəfləri arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Ermənistan hökumətindən nümayəndə olsa da, Azərbaycan hökumətindən kimsə təmsil olunmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Oktyabrın 18-də Ermənistan Ədalət Məhkəməsi qarşısına ÇIXARILACAQ


Bakıdan Kaxetiyaya gedənlər arasında politoloq Eldar Namazov və "Turan İnformasiya Agentliyi"nin direktoru Mehman Əliyevin adlarını açıqlamaq olar.

Mehman Əliyev "YouTube" kanallarından birində (düzdanışaq) müxtəlif mövzulu sualları cavablandırarkən ermənilərlə görüşdən də bəhs edib:

"Bizdən hökumət nümayəndəsi iştirak etməliydi, ancaq gəlmədi. Ermənistan tərəfdən isə Paşinyanın, baş nazir kabinetindən nümayəndə vardı. Müzakirələr əsasən münaqişədən sonrakı durum, problemlərin həlli yoları, kommunikasiyaların açılması, bir araya gəlmək və s. mövzularda gedir. 

Görüşlərin ikinci günündə Gürcüstan təmsilçiləri də olub və Cənubi Qafqazda 3 dövlət arasında birlik yaradılması kimi məsələlər ətrafında danışılıb. Danışıqlar da göstərir ki, vəziyyət kifayət qədər çətindir".


Davamı videoda:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO