İran Azərbaycanı İsrailə niyə qısqanır? - ÖZƏL MÜQAYİSƏ

İran Azərbaycanı İsrailə niyə qısqanır? - ÖZƏL MÜQAYİSƏ

Hazırda oxunan: İran Azərbaycanı İsrailə niyə qısqanır? - ÖZƏL MÜQAYİSƏ

39693

Bəhreyn ilin sonunda İsraillə səfirlik məsələsini müsbətə doğru həll edəcək. Bəs Azərbaycanın İsraildəki səfirliyi? İranın qıcıq doğuran siyasəti fonunda Azərbaycan da yaxın zamanda İsraildə səfirlik aça bilərmi? İsraildə səfirliyimiz açılsa, Tehran daha da aqressivləşəcək?

“Azərbaycan cəmiyyətində İsraildə səfirliyimizin olmamasının əsas səbəbi kimi İranın etirazı versiyası üstünlük təşkil etsə də, bu belə deyil. Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyidir. Azərbaycan bu məsələdə Türkiyə nümunəsini də əsas götürmüşdü, çünki Türkiyə 1950-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 1960-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Məhz bu fakt üzərindən müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəkləyiblər” deyən politoloq Yeganə Hacıyeva Azərbaycan-İsrail münasibətlərinə də toxundu.

Bizim.Media üçün hazırladığı özəl şərhdə politoloq İsrailin Azərbaycandakı səfirliyinin 1993-cü ilin avqustundan fəaliyyət göstərdiyini qeyd etdi. 

Bundan başqa, Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində İsrail həmişə Azərbaycanın yanında olub:

“Azərbaycan  İsrailin şəbəkə imkanları hesabına Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışdığı illərdə, İran şirkətləri Ermənistanla birgə  Qarabağda təbii resurslarımızın  talan edilməsində,  Qarabağda məscidlərimizin tarixi izlərinin dəyişdirilməsində iştirak edir, məscidlərdə donuz saxlanılmasına göz yumurdu. 2009 ildə İsrail prezidentinin Bakıya səfərindən İran diplomatik təzyiq məqsədilə Bakıdakı səfirini “məsləhətləşmək üçün” geri çağırdı və daha sonra da  səfirin “şəxsi səbəblərlə” geri dönməsi kimi bir primitiv  izah verdi”.

Politoloq bildirdi ki, Azərbaycan-İsrail əlaqələrində kəşfiyyat əməkdaşlığı da önəmlidir. Nəticədə:

1. 2008-ci ildə Qəbələ radiolokasiya stansiyasına və Bakıdakı İsrail səfirliyi binasına qarşı təşkil olunmuş terror hücumunun qarşısı məhz  İsrail kəşfiyyatı ilə əməkdaşlıq nəticəsində alınıb. 

2. 2012 ci ildə  bir neçə terror hadisəsinə imkan verilməyib. Məhz , bu hadisədən bir neçə həftə öncə isə İran Azərbaycanı İsrailin MOSSAD kəşfiyyat ilə guya anti-İran fəaliyyətlərinə kömək etdiyi üçün tənqid edib.  

“İki ölkə arası əməkdaşlığın əsas dayaq nöqtəsi isə əlbəttə hərbi sahədir. 1992-ci ildə ABŞ erməni lobbisinin təşviq etdiyi “Azadlığa Dəstək Qanunu” çərçivəsində qəbul olunmuş  907-ci düzəlişi etməklə Azərbaycana silah satışı qadağası qoyulmasından sonra belə, İsrail Azərbaycana müasir silahlar verib.


I Qarabağ savaşı zamanı İsrail Azərbaycanı Stinger raketləri ilə təmin edib. 44 günlük Vətən müharibəsində isə İsraildən aldığımız silahların müharibədəki rolu gözümüzün önündədir. Ermənistanın döyüş zonasında məğlubiyyətinin əvəzini Gəncə, Tərtər və Bərdədə mülki insanların raket atəşinə tutaraq  çıxmaq cəhdlərində, daha sonrakı dağıntı və faciələrin  qarşısının alınmasında məhz İsrail istehsalı olan havadan  müdafiə sistemi  önəmli rol oynadı.

İranın etirazlarına gəlincə, məhz  bu tip əməkdaşlıq İran tərəfindən sərt etiraz və narahatlıqla qarşılanır və zaman-zaman İran-Azərbaycan münasibətlərində soyuqluğa səbəb olur.

Məsələn, 2011-ci ildən Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, nəzarətdə saxlamaq üçün İsraildən aldığı dronlardan istifadə edir,  2011-ci ildən sonra İran mediasında Azərbaycan əleyhinə yazılar məhz bununla bağlıdır. 44 günlük Vətən müharibəsindən sonra Qarabağa sərmayə qoyacaq  şirkətlər arasında  İsrail şirkətləri də var. Azərbaycan işğaldan azad edilmiş ərazilərimizin qurulması strategiyasında ağıllı kənd layihələrinə daha çoz üstünlük verir.  Bu ərazilərdə yeni texnologiyaya əsaslanan sənaye sahələrinin və kənd təsərrüfatın inkişafına dəstək veriləcək. 
 

Əlbəttə, bütün bunlar XXI əsrdə öz vətəndaşlarını mövhumat və nağıllarla bəsləyərək, ölkənin resurslarını talayan İran hakimiyyətdaxili qruplarının xoşuna gəlmir.


Çünki yaxınlıqda yaşayan İran vətəndaşları da eynisini öz ölkəsində görmək  arzusunda olacaqlar. Məhz buna görə İran bu proseslərdən məqsədli şəkildə özünü təcrid yolunu tutub.

İran hakimiyyətindəki ənənəvi dini-hərbi dairələr ölkənin resursları üzərində nəzarəti itirməkdən qorxur. 

Səfirliyin açılması ilə bağlı fikirlərə gəlsək , bu il ərzində  Azərbaycan İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik formalaşdırıb.  Azərbaycanın İsraildə səfirlik açması məsələsi sadəcə zaman məsələsidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO