Prezident Zəngəzur dəhlizi BARƏDƏ – “Səbrimizin həddi var” 

Prezident Zəngəzur dəhlizi BARƏDƏ – “Səbrimizin həddi var” 

Hazırda oxunan: Prezident Zəngəzur dəhlizi BARƏDƏ – “Səbrimizin həddi var” 

39125

Prezident İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib.  

Bizim.Media xəbər verir ki, Dövlət başçısı Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatda verdiyi sözü tutmadığına diqqət çəkib. 

“Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr.
 

 MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Türkiyə-Ermənistan münasibətləri ilə bağlı AÇIQLAMA – “Sözün düzü…”


Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, - hətta Ermənistan buna razılıq da verib, - aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur.  

Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir.

Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”, - deyə Prezident qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO