Qarabağa gələn yeni rus general kimdir? - DOSYE 

Qarabağa gələn yeni rus general kimdir? - DOSYE 

Hazırda oxunan: Qarabağa gələn yeni rus general kimdir? - DOSYE 

38640

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib. 

Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı rus sülhməramlıların komandanı DƏYİŞİR – Kosobokovu o əvəzləyəcək - FOTO


O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib. 

Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Ryazan Ali Hava Desant komanda məktəbini bitirib.

1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib. 

Birinci və İkinci çeçen müharibəsində ezamiyyətdə olub. G.Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsində döyüşlərdə iştirak edib. 

2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib.  
2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO