Şahdəniz-2 layihəsi Azərbaycanı bir daha Avropaya bağladı

Şahdəniz-2 layihəsi Azərbaycanı bir daha Avropaya bağladı

Hazırda oxunan: Şahdəniz-2 layihəsi Azərbaycanı bir daha Avropaya bağladı

38586

“Şahdəniz-2” layihəsinin imzalanması Azərbaycan üçün siyasi, iqtisadi və mənəvi əhəmiyyət daşıyır.

 Moderator.az  xəbər verir ki, bu fikri Gün.Az-a açıqlamasında millət vəkili Azər Badamov söyləyib.

Onun sözlərinə görə, XX əsrin ən böyük müqaviləsi olan “Əsrin müqaviləsi” irimiqyaslı layihədir:

“Böyük layihələr üçün “Əsrin müqaviləsi” ilk atılan addım idi. “Şahdəniz-2” layihəsinin imzalanması “Əsrin müqaviləsi”nin zirvə nöqtəsidir. Bu layihə Azərbaycanı Avropaya bir daha bağladı.

“Şahdəniz-2” layihəsi ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricilərindən biridir.

 “Əsrin müqaviləsi” 20-ci əsr üçün nə qədər əhəmiyyətli idisə, bu layihə də 21-ci əsr üçün o qədər vacib və əhəmiyyətli bir layihədir. “Şahdəniz-2” Azərbaycanın nəinki regionda, eyni zamanda, Avropa ölkələri arasında əhəmiyyətini artırdı”. 

Hazırda dünyada olan enerji ideologiyasının böyük əhəmiyyət kəsb etdiyini deyən millət vəkili bildirib ki, bu ideologiya ətrafında dünya dövlətləri öz əlaqələrini qurub, münasibətlərini tənzimləyiblər:

 “Çünki dünyada artıq enerji ideologiyası təməl prinsip və əsas faktor sayılır. Elə məhz “Şahdəniz-2” də bu kimi layihələrdən biri olduğundan Azərbaycanın Avropa məkanında əhəmiyyətini artıracaq.

 Layihənin imzalanması minlərlə iş yerinin açılması deməkdir. Bütövlükdə bu layihəyə yatırılan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

 “Şahdəniz-2” təkcə qaz sektorunda deyil, eyni zamanda, bu sektora xidmət göstərən digər sahələrin də inkişafı üçün zəmin yaradacaq”.

 Bununla yanaşı açıqlamasında millət vəkili onu da vurğulayıb ki, ümumiyyətlə,  hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib:

 “Buna isə həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirilməklə nail olunub. Azərbaycanda da iqtisadiyyatın neft amilindən asılılığının azaldılması və qeyri neft sektorunun inkişafı istiqamətində ildən ilə fəal, məqsədyönlü işlər aparılır.

 Əsas hədəf növbəti illərdə ümumi daxili məhsulun məhz qeyri-neft sektoru hesabına artırılmasına yönəlib. Bütövlükdə, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO