"İran regionda bütün ölkələr üçün sülh və sabitliyin təmin olunmasından çıxış edir. Bir halda ki, biz Azərbaycandayıq, arzumuz qardaş Azərbaycanda daim sülh, sabitlik və əmin-amanlıq yaratmaqdır".
Bizim.Media xəbər verir ki bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın Müqəddəs Müdafiə günü ilə bağlı keçirilən tədbirdə deyib.
MÖVZU İLƏ BAĞLI:
"Üçüncü tərəflər münasibətlərimizə xələl gətirə bilməyəcəklər" - SƏFİR - FOTO
Onun sözlərinə görə, iki ölkə arasında birgə dini, mədəni və tarixi qardaşlıq əlaqələri köklərinin olduğunu nəzərə alaraq əlaqələrimiz bu köklər üzərində davam edəcək.
Alçina Amilqızı, Bizim.Media