"Yük daşıyan şirkətlərə xəbərdarlıq etmişik" - Səfirdən AÇIQLAMA - FOTO

Hazırda oxunan: "Yük daşıyan şirkətlərə xəbərdarlıq etmişik" - Səfirdən AÇIQLAMA - FOTO

0:00
0:00
38576

"Azərbaycanla İran arasında olan mehriban qonşuluq münasibətlərini üçüncü tərəf istəmir". 

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın Müqəddəs Müdafiə günü ilə bağlı keçirilən tədbirdə deyib.

O, Hikmət Hacıyevin Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırdığını xatırladıb:  
 

MÖVZU İLƏ BAĞLI:

"İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB"  


“Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkələrdə həqiqətəuyğun olmayan məlumatlar yayılır. Yuk maşınları məsələsini araşdırdıq.

Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə bu barədə xəbərdarlıq etdik. Bildirdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsinlər. Ermənistan qonşularımızdan biridir. Hər zaman separatçılığa qarşı olmuşuq".  

Səfir vurğulayıb ki, İran və Azərbaycanın ikitərəfli münasibətlərinə heç kim xələl gətirə bilməyəcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO