Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə “Twitter”də paylaşım edib.
Bizim.Media xəbər verir ki, Ərdoğan təbriklə yanaşı Azərbaycan xalqına salamını da çatdırıb:
"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram".
Bizim.Media
Dost ve kardeş Azerbaycan’ın başkenti Bakü’nün işgalden kurtuluş yıl dönümünü en içten dileklerimle tebrik ediyor, Kafkas İslam Ordusu Komutanı Nuri Killigil Paşa’yı ve kahraman askerlerini rahmetle anıyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 15, 2021
Tüm Azerbaycan halkına selam ve sevgilerimi iletiyorum. ???? pic.twitter.com/6BXpYrcrFf