İranın CIĞALLIĞI - Xəzər Konvensiyasında nə deyilir? - Politoloqdan ÖZƏL

İranın CIĞALLIĞI - Xəzər Konvensiyasında nə deyilir? - Politoloqdan ÖZƏL

Hazırda oxunan: İranın CIĞALLIĞI - Xəzər Konvensiyasında nə deyilir? - Politoloqdan ÖZƏL

0:00
0:00
36894

İran Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsinin Xəzəryanı dövlətlərin ümumi razılığını pozduğunu bildirib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Yeganə Hacıyeva Azərbaycanın öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə təlim keçməsinin Xəzər Konvensiyana zidd olub-olmadığını aydınlaşdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev İran səfiri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR? - FOTO


“Konvensiyaya görə Xəzər dənizinini digər açıq dənizlərə şamil olunan BMT-nin Dəniz hüququna dair 1982-ci il Konvensiyası və ya transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilinməyəcəyi xüsusi hüquqi statusa malik qapalı su hövzəsi statusunu alıb.

Konvensiya çərçivəsində imzalanmış sənədlərdə təhlükəszilik riskləri və aspektləri nəzərə alınmaqla üzv ölkələrin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, Xəzər dənizində insidentlərin qarşısının alınması istiqamətində səlahiyyət, məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib.

Konvensiya ölkələrə təhlükəsizlik risklərinin aradan qaldırılması istiqamətində öz ərazi sularında müttəfiqləri ilə təlim keçməyi qadağan etmir.


Çünki Konvensiya çərçivəsində sahilyanı ölkələrin Xəzərdəki hərbi mövcudluğu və mükəlləfiyyətinin tənzimlənməsi mexanizmlərinin hələ işlənməyib.

Əlbəttə, Azərbaycanın  suveren və müstəsna hüququ olan  öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə bu təlimi keçməsinin İranı narahat etməsinin başqa səbəbləri var:

1. İran həmişə Xəzər dənizinin Azərbaycan hissəsində beynəlxalq hüququn müddəalarının pozulması ilə müşaət edilən addımlar atıb.

2. Suveren ərazimiz olan Qarabağa qanunsuz daşımalar edən İran həm də Xəzərin dibi və təkində sərhədlərimizi pozur.

3. Xəzərin dibinin və təkin bölünməsi zamanı yekun xətlərin cızılması və təyin edilməsi metodunun  müəyyən edilməsi üçün mexanizmlərin hələ işlənmədiyi, perimetr boyunca təhlükəsizlik zonası sektorlarının müəyyən edilməsi mexanizmlərin mövcud olmamasındsan sui-istifadə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO