Bu gün Azərbaycanda səfərdə olan Orta Asiya Respublikalarından - Qırğızıstan, Özbəkistan və Qazaxıstandan gələn ictimai fəallar və media nümayəndələri Qubaya səfər ediblər.
Bizim.Media xəbər verir ki, qonaqların Quba səfəri zəngin olub.
Onlar Quba Soyqırım Memorial Kompleksində, Media şəhidləri və Azərbaycan-Türkiyə qardaşlıq parkları ilə yerində tanış olublar.
MÖVZU İLƏ BAĞLI:
Qubada beynəlxalq simpozium KEÇİRİLİR - FOTO
Erməni vəhşiliyinin əyanı nümunəsi olan Quba Soyqırım Memorial Kompleksində türkdilli jurnalistlərə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqda geniş məlumat verilib.
Orta Asiyadan gəlmiş media nümayəndələrinin Qubada son dayanacağı dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə olub.
Onlar tolerant Azərbaycanda yəhudilərin və digər milli azlıqların mehriban ailə kimi birgə yaşamasını çox maraqla qarşılayaraq bunu çox təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Aytəkin Alxaslı, Bizim.Media