Matviyenko: “MDB Rusiyanın vaksinlərini alacaq ilk ölkələr sırasındadır”

Matviyenko: “MDB Rusiyanın vaksinlərini alacaq ilk ölkələr sırasındadır”

Hazırda oxunan: Matviyenko: “MDB Rusiyanın vaksinlərini alacaq ilk ölkələr sırasındadır”

3650

MDB ölkələri Rusiyanın koronavirusa qarşı peyvəndini birinci əldə edə biləcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında çıxışında bildirib.

Matviyenko “Sputnik V” və “Epivakkorona” yerli peyvəndlərin qeydiyyatdan keçdiyini söyləyib:

“Üçüncü peyvənd də yoldadır. Qeyd etmək istəyirəm ki, Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra MDB-dən olan tərəfdaşlarımız Rusiya preparatını ala biləcək ilk ölkələr arasında olacaqlar”

O, qeyd edib ki, hazırda peyvəndin istehsalının möhkəmləndirilməsi prosesi gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO