Azərbaycan və Türkiyə arasında ittifaq razılaşması ola bilərmi? - VEKTORLAR

Azərbaycan və Türkiyə arasında ittifaq razılaşması ola bilərmi? - VEKTORLAR

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında ittifaq razılaşması ola bilərmi? - VEKTORLAR

36376

Sentyabrın 9-da Moskvada Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında 3 saat davam edən görüş baş tutub. Görüşdə iki ölkə arasında qarşılıqlı inteqrasiyasının sürətlənməsi məqsədilə 28 fərqli istiqamət üzrə təkliflər planının hazırlanması barədə razılıq əldə olunub.

Bir çox ekspert məlum görüşü Rusiya və Belarusiya arsında “İttifaq dövləti” yaradılması istiqamətindəki ilk addım hesab edir. 

Xüsusilə Qərbin sərt təzyiqləri qarşısında Belarusiyanın Rusiya ilə əməkdaşlığa meyllənməsi bu iddiaları daha da gücləndirir.

Rusiya və Belarusiya arasındakı qarşılıqlı əməkdaşlıq, inteqrasiya Azərbaycan və Türkiyə arasında “ittifaq dövləti”-nin yaradılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bir çox təhlilçi iki slavyan ölkəsi arasındakı münasibətlərin nümunəsində türk dövlətlərinin də oxşar formada əlaqələrini genişləndirə biləcəklərini düşünür.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş - Akardan MÜHÜM MESAJ


Lakin Rusiya və Belarusiya arasındakı “İttifaq dövləti” modelinin nə dərəcədə faydalı olacağı sual altındadır.

Rusiya və Belarusiya arasındakı münasibətləri bərabərhüquqlu müstəvidə qiymətləndirmək doğru deyil. Bu “İttifaqda” Rusiya diktə edən tərəf, Belarusiya isə tabe olan tərəfdir. Son illərdə Belarusiyada hakimiyyət dəyişikliyinə ciddi cəhdlər və Qərbin artan təzyiqləri Rusiya ilə yaxınlaşmanın əsas şərtidir.
 

Aleksandr Lukaşenko öz hakimiyyətini qorumaq üçün bu gün Rusiya ilə əməkdaşlığa məcburdur. Rusiya da bunu çox yaxşı başa düşür və yaranmış fürsətdən istifadə edərək Belarusiya ilə hərtərəfli inteqrasiya prosesini sürətləndirir.


Lukaşenko mövcud vəziyytədə Rusiyanın istənilən təklifi ilə razılaşmağa məcburdur və bu çərçivədə qurulan əməkdaşlıq “ittifaq” yox, “ilhaq” xarakteri daşıyır.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər isə bərbərhüquqlu müstəvidədir və hər iki ölkənin dövlət müstəqilliyin əsas təminatıdır.

Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq və inteqrasiya daha çox regional müstəvidə qiymətləndirilməlidir. Məhz bu səbəblə də Rusiya-Belarus ittifaqından fərqli olaraq Azərbaycan-Türkiyə əməkdaşlığı daha rasional və hər iki ölkə üçün daha qazanclıdır.

Çünki bu əməkdaşlıq formatı hər iki ölkənin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin toxunulmazılığını şərtləndirir. Üstəlik Türkiyə və Azərbaycan arasındakı münasibətlər vahid siyasi struktur formalaşdırmaq əvəzinə iqtisadi sahədə qarşılıqlı əməkdaşlığı təşviq edir.

Azərbaycan və Türkiyənin vahid ittifaq dövləti kimi çıxış etməsi üçün hər hansı zəruri şərt mövcud deyil. Hər iki ölkə regional və qlobal miqyasda yetəri qədər fərqli maraqlara malikdir.
 

Bu gün nə Türkiyə, nə də Azərbaycan Belarusiyanın üzləşdiyi sərt təzyiq və təcrid siyasəti ilə hədəf alınmayıb. Belarusiya modelində olduğu kimi digər dövlətin birbaşa himayəsinə keçməyi zəruri edən şərtlər formalaşayıb.


Məhz bu baxımdan da Azərbaycan və Türkiyə arasındakı hazırkı münasibətlər və müttəfiqlik hər iki ölkənin maraqlarına tam şəkildə cavab verir.

Regional və qlobal şərtlərin hazırkı nizamında hər hansı dəyişiklik baş verməyəcəyi təqdirdə bu əməkdaşlığın davamlı olacağı və hər iki dövlətin ərazi bütövlüyünün, dövlət müstəqilliyinin qarantı olmaqda davam edəcəyi aydındır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO