İlham Rəhimov nazir postuna gətirilir

İlham Rəhimov nazir postuna gətirilir

Hazırda oxunan: İlham Rəhimov nazir postuna gətirilir

35660

Prezident İlham Əliyevin start verdiyi kadr dəyişikliklərində Putunin tələbə yoldaşı ,azərbaycanlı iş adamı, professor İlham Rəhimovun da adı yer alacaq. Avropa.info-nun əldə etdiyi məlumata görə, Rusiya siyasi elitasında da yaxşı tanınan İlham Rəhimova nazir postlarından biri təklif olunacaq. Hələlik İlham Rəhimovun özü ilə bu barədə hər hansısa danışıqların aparılıb-aparılmaması ilə bağlı hər hansısa məlumatlar olmasa da, Putinin dostunun vəzifə təklifinə isti yanaşacağı bildirilir.   Son zamanlar Rusiya hakimiyyəti ilə münasibəti olduqca pisləşən Azərbaycan hakim dairələrinin İlham Rəhimov kartı ilə münasibətləri loyallaşdırmaq istəyəcəyi də istisna olunmur. Biznesinin əksər hissəsi Rusiyada olan və Putinlə şəxsi dostluğa malik cənab Rəhimovun  qonşu ölkədə xüsusi nüfuzunun olduğu məlumdur. Üstəlik İlham Rəhimovun Azərbaycan hakimiyyəti ilə də əla münasibətlərinin olduğu bildirilir. 

Avropa.info-ya açıqlamasında İlham Rəhimovun mətbuat sözçüsü bu haqda hər hansısa məlumatlarının olmadığını bildirsə də, tanınmış iş adamının vəzifəyə təyin olunma xəbərinin təccüblü olmadığını da deyib: "Burada təccüblü heç nə yoxdur. İlham müəllim dünya şöhrətli professor, alimdir. Onun çoxsaylı kitabları bütün dünyada oxunur. İlham müəllim Azərbaycanın dünyada  tanınmasında rolu olan şəxslərdəndir"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO